Sevil Azadqızı - BAKININ SƏHƏRİ

Ədəbiyyat 09:37 / 21.07.2026 Baxış sayı: 670

 

Sübhün dümanından sıyrılır pərdə,

Nurlu şəfəqlərə boyanır səhər.

Sevinc dalğalanır indi hər yerdə,

Eşq ilə, həvəslə oyanır şəhər.

 

Gümüş bir aynadır Xəzərin üzü,

Mavi sularında min bir ümid var.

Dalğalar seyrinə çağırır bizi.

Əsir həzin-həzin sirli rüzigar.

 

Telimə toxunur külək nəfəsi,

Ruhuma yayılır, coşur hisslərim.

Al məni qoynuna, gözəl şəhərim.

Qoy bitsin həsrəti lal gecələrin.

 

21.07.2026