Şakir  Xanhüseyn - FERRAN TORRESƏ

Ədəbiyyat 10:00 / 21.07.2026 Baxış sayı: 252

 

90 dəqiqənin... 106-cı dəqiqəsi

neçə gözdə parıltı,

üzdə fərəh,

ayaqda sürət,

neçə qəlbdə yeni döyüntü oldu,

ayağın baş qədər öyüncü oldu...

hə, 90 dəqiqənin 106-cı dəqiqəsində

rənglər açıldı,

hamı irəli- geri

sanki qanadlanıb uçurdu,

bu qarışıqlıqda elə bir nizam vardı ki;

böyük xoşbəxtlikdi yaşamaq

dünyanın ən güclüsü olma sevincini...

milyonlarla ürəyin

səsi eşidilir,

sözü dinlənilirdi bir hovur nəfəslərin

tutulma anında;

belə qələbələr vaxtı

bir də baxarsan

Tanrı durub yanında!