Xatirə Rəhimbəyli - Bir azəyləş yanımda
Bir azəyləş yanımda
Dərdini de birbəbir.
Mən də alım könlünü ,
Deyim :"Neynək ,ya səbir !"
Bir az da məni dinlə ,
Təsəlli ver , ümid ver.
Bir az aydınlaşsın göy,
Bir az gözəlləşsin yer!
Söhbət aç ailəndən ,
Evdən ,uşaqdan danış .
Gileylən güzərandan ,
Yaxın-uzaqdan danış
Dostdan,tanışdan söz aç ,
Bir az təriflə məni ..
Mən də əvəzedilməz
Dost kimi öyüm səni .
Bir-iki isti söz de,
Tərpənsin gözümdə nəm
Sakit-saki ağlayım ,
Boşalsın bir az sinəm ...
Sən də kədərlən bir az ,
Tez-tez saatına bax ..
Soruşum :"Tələsirsən ?"
Sən "yox "de. Sonra susaq ...
Bir az etraz eylə
Gənclərin vəfasına .
Yalançı Məcnunların ,
Yalançı havasına ..
Bir az da de şeirin
Kəsərdən düşdüyündən
Yaxşıların dünyadan
Zamansız köçdüyündən ...
Baxma , sözünün sonu
Əvvəlinə tuş gəlmir .
Fikirliyəm ,səhvlərin
Eynimə heç gəlmir ..
Yenə də uşaqlardan ,
Dərsdən ,məktəbdən danış .
ALLAHsız siyasətdən ,
Elmdən ,dindən danış...
Yox,yox,gəl, toxunmayaq,
Könüllərin yasına .
Sonra da sağollaşaq,
Hər kəs öz yuvasına....
Ayılıb xəyallardan ,
Ürək gəlsə özünə.
Eləcə gülümsəyək
Adamların üzünə..