"Vicdan susanda"-nı  yazan  dünyasını dəyişdi

MƏDƏNİYYƏT 17:46 / 16.08.2025 Baxış sayı: 4533

Öz ölməz əsərləri ilə adını  Azərbaycan ədəbiyyatı  tarixinə  əbədi yazmış görkəmli yazıçımız  Vidadi Babanlı bu gün  əbədiyyətə qovuşdu.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, "Şərəf" ordenli V.Babanlı bu gün 98 yaşında dünyasını dəyişib.

Bu barədə  Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri vəzifələrində çalışıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görən "Anam sən oldun" şeiridir. V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.

Avllah rəhmət eləsin.