Vasif Süleyman - ÜRƏYİN SALAMAT BİR YANI YOXDUR
Ədəbiyyat
18:00 / 02.11.2025
Baxış sayı: 1322
Tapmadım bu ömrün ağ tərəfini,
Hər gün əlləşirəm qarası ilə.
Ürəyin parası namərd əlində,
Bir ömrü çəkmişəm parası ilə
İndi çağırsam da duyanı yoxdur,
Daha məndən başqa həyanı yoxdur.
Ürəyin salamat bir yanı yoxdur,
Durub ağrı çəkim harası ilə...
Hələ də sevgisi, sevinci haram,
Hələ bu dərdlərin yanında varam.
Mən özüm çəkəndə qarışdıraram,
İlahi, sən göndər sırası ilə.