Vasif Süleyman : - DƏRD ŞƏKLİ ÇƏKƏN RƏSSAM
Qənşərində çırpınıram,
Boylanıb uzağı çəkir.
Mən ürəyimə çəkirəm,
O vərəqə DAĞI çəkir.
Rəngləri elə calandı,
Baxdım ürəyim talandı.
Nə bilir ciyərim yandı,
Zəhər çəkir, ağı çəkir.
Biri yoxdu, biri vardı,
O rənglərə dünya dardı.
Dörd tərəfi çəmənzardı,
Saralmış yarpağı çəkir.