VAQİF  YUSİFLİ - ÜMİDDƏN  DOĞULAN  ŞEİRLƏR

YAZARLAR 11:45 / 04.11.2025 Baxış sayı: 1290

                                                                      

(Əbülfət Mədətoğlunun «…VƏ  SƏN» şeirlər  kitabı qarşımdadır)

 

 «Əbülfət Mədətoğlu 1 yanvar 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində doğulub.  Respublikanın  Əməkdar jurnalistidir. Çoxlu sayda  nəsr şeir kitabının  müəllifidirOnun şeirləri Türkiyədə,  İranda,  Rusiyada da çap olunub».

 Çoxsaylı Azərbaycan oxucularına xatırlatdığım bu tanışlıq sizə qəribə gəlməsin. Əbülfət Mədətoğlu müasir poeziyamızda öz səsi, poetik nəfəsi ilə tanınan bir şairdir. Olsun ki, onu tanımayanlar da var.

 Əbülfət Mədətoğlu hər yeni şeirlər kitabında özünün poetik imkanlarını, təzə söz demək məharətini, müraciət etdiyi mövzulara yeni yanaşma tərzini üzə çıxarır. «… sən» şeirlər kitabında da biz bunun şahidi oluruq.

 Əbülfətin şeirlərinin əksəriyyəti sevgi bu sevgidən doğan həyat eşqi ilə diqqəti cəlb edir. Amma onun yaradıcılığı təkcə bu mövzu ilə məhdudlaşmır. Əbülfət elə şairdir ki, yaşadığı həyatın, gerçəkliyin ona təsirlərindən, Vətəndə baş verən olaylardan, dünyanın gedişindən, Qarabağ müharibəsindən- itkilərindən, şəhidlərdən, Qələbəmizdən yazmaya bilməz. Onun şairliyi hissiyyatlar üzərində qurulub deyək ki, hisslərin, duyğuların bədii sözə çevrilməsi axtarışlara, yenitəzə təravətli poetik tapıntılara gətirib çıxarması təbiidir.

 Bu kitabda onun anası ilə bağlı şeirləri fikrimizcə, öz poetik axtarışlarının ən uğurlu tapıntılarıdır. Burada Məmməd Arazın ana itkisiylə bağlı «Ana itirmişhəm ana yaşında» misrası yada düşür. Əbülfət Ana itkisini elə təsirlimetaforalarla, sözlərin kədərli ovqatıyla təqdim edir ki, şeirin özü bu itkiyə köklənir:

    Yenə gözlərim çeşmədi

    Məzarına tərəf axır.

    O məzardan bu çeşməyə

    Anamın ürəyi baxır.

 Ana ölümü  məzar. Gözlərin çeşməyə bənzədilməsi. Ana ürəyinin bu çeşməyə boylanması. Deməli, ana ölümü şərtidir-ölümsüzlük yaşayır bu ölümdə. «Anasızlığıma ağı»şeiri bu fikrin daha həzin, daha kövrək ifadəsidir:

    Sanki qurumuşam, sanki donmuşam

    Allah göz yaşı da vermir, ağlayım

    Gözləri gözümə köç edir indi

    Anamın gözünü necə bağlayım?!

 

    Söz tapa bilmirəm, dilim dönmür

    İçimdən keçəni  mən açıb tökəm

    Bilirəm, analar köç edir, ölmür

    İndi gücüm yoxdu önündə çökəm!..

 

    Ana, göz yummaram tay bundan sonra

    Sənin gözlərini güldürmək üçün!..

    Hər gün axtaracam, gəzəcəm çarə

    Ana ölümünü öldürmək üçün!

Əbülfət Mədətoğlunun ana haqqında yazdığı ən gözəl şeir isə  «Qəlbi şəhid dağlı çiçək anam»dır. Bu şeirdə oana itkisini münasib, həm indiyə qədər işlətmədiyi təşbih metaforalarla sıralayır.Ana  itkisini şəhidliklə bağlamağa ilk cəhddir.Ananın şəkli önündə düşüncələrə dalan oğul ona olan dərin məhəbbətini belə ifadə edir:

    Sənin yoxluğunla barışmadım mən

    Yuxuda bu gecə üstünə qaçdım

    Mənim çiçəklərdən, ay çiçək anam!

    Mənim ürəyimdə qırıq ox qalıb

    Ananda o günü sızıldayır dil

    Mənim qaçqın bəxtli ağbirçək anam

    ola bilər ki, mənə təsəlli

    Ancaq xatirələr, birdəki, dua

    Hərdən yuxuma gəl, qoy nəfəsinlə

    Yenə isinsin sən quran yuva

    Mənim çiçəklərdən, ay çiçək anam.

«Ana yoxluğu» şeiri . «Sənsiz mənasını itirən həyat Ağrıya çevrilib o içimdədi».  Bu dörd şeiri nəzərdən keçirəndə belə bir qənaətə gəlirsən ki, təkcə ana itkisi deyil, Anaya Analara böyük məhəbbətin ifadəsidir bu şeirlər. Çox arzu edərdim ki, Əbülfət bundan sonrakı şeirlərində Ananın öz obrazını yaratsın.

  Əbülfət Mədətoğlu heca vəznli şeirlər yazır bu hecaya doğmalığı el ədəbiyyatını, folkloru elə gənc yaşlarından dərindən mənimsəməklə bağlıdır. Onun «Söz» adlı bir qoşması var. Bu şeir onun Sözə ümumiyyətlə poeziyaya hansı yolla, hansı bədiiyyatla gəldiyindən xəbər verir.

    Boy verəcək, ilham varsa canında-

    Cücərəcək, düşsə hətta gildə söz!..

  Onun «Sözüm» şeiri isə SÖZ ŞAİR vəhdətini ifadə edir. Şair Sözdür, onun dünəni , bu günü , gələcəyi Söz təməli üzərindədir əslində, şair elə Sözdür. «Bütün varlığımda bir iz saldı- Sevgidən köksümdə kükrəyən sözüm

 Əbülfət Sözün məna çalarlarını incələyən şairlərdəndirO, Sözün gücü nəfəsiylə rəsm çəkir, portret yaradır, rənglər, naxışlar yaratmağa da can atır.Məsələn, «Şəhid anası» şeirində  bu mövzuda çoxlu şeirlər yazılsa da bir ananın obrazını yaradır. O şəhid anasının pıçıltısından tutmuş hönkürtüsünə qədər bütün görünüşünü rəsm edir. Ancaq bunlar təkcə görünüş deyil:

    Çöhrəsində caynaqlı

    Kədər cığır açıbdı.

    O cığırla təbəssüm

    Çöhrəsindən qaçıbdı

     Şəhid anasının!...

 

     Görnüşü kölgədi,

     Pıçıltısı da, Allah!

     O, bir şəhid ölkəldi

     Şəhiddi adı, vallah

     Şəhid anasının!

 

     Gücüm çatmır qaytarım

     Sənə təbəssümünü

     Yaralı ürəyinə

     Sarı təəssüfümü

     Şəhid ANAsı

«O, bir şəhid ölkədi»..Şeirdəki bu bircə misra şəhid anasının kədərli portretini yaratmağa kifayət edir.

 Əbülfət Mədətoğlu şeirlərində «ümid» sözünü tez-tez dilə gətirir.Ümid xəyallardan doğan arzular deyilmi? Ümid gələcəyə doğru bəslənən, amma hələ reallaşmamış diləklər deyilmi? Ümid səni nəyəsə səfərbər edən, səni qanadlandıran bir əməl deyilmi? Ümid ümidsizliyin qırılması, yox olması deyilmi? Ümid qışı bahara döndərmək arzusu deyilmi? Əbülfət hansı ümidlərlə yaşayır bunu şeirlərində necə ifadə edir?

      Dan sökülür, işartı

      gülümsəyir üzümə

      Göyün üzü boşaldı! –

      deyirəm öz-özumə..

«Ümidli şeir» təbiətə üz tutur şair. Əslində, özü ilə təbiət arasında bir harmoniya görür.

       Qaranlığı toz kimi

       Səma çırpır üstündən

       İz qalmadı, hətta

       Ulduzların dəstindən!..

 

       Bəlkə bir qom bulud

       Gözümdən keçib getdi

       Yuxuya qalan ümid

       İçimdən keçib getdi.

Bir qədər mücərrəd təsir bağışlasa da, şeirdə ümid anlayışı gecəylə gündüzün, göylə yerin qarşılıqlı əlaqələri nəzərdə tutulur. Əgər səma «qaranlığı toz kimi» üstündən çırpırsa ulduzların sıralanmasından bir iz qalmırsa, bu təbiətin öz qanunudur. Amma «Ümid» şeirində şair konkret olaraq Ümiddən arzularının reallaşmasını diləyir.

    Tanrım çırpır xurcununu,

    Tökülür bir xışma ümid

    Payızıma yetişmədi,

    Pay düşə qışıma ümid!..

 

    Fərq çox olsa da bölgüdə,

    Göyə əl açır çölçü ..

    Kaş bircə ulduz ölçüdə

    Nur çasa yaşıma ümid!

Əbülfətin «Sonuncu ümid» şeiri bəlkə kiməsə yalvarış təsiri bağışlasınAmma bu şeirdə heç bir yalvarış, imdad diləmək fikri yoxdu. Bu şeir öz xəyallarını təbiət dili vasitıəsilə şərh edən bir aşiqin ümid çırpıntılarıdır. Ümidə doğru can atmaqdır.

     Bəlkə yağdı o bulud,

     çətir oldum bir anlıq

     Dil tökdüm o buluda

     hər an mən bir Quranlıq.

 

     Heydən düşən ruhumla,

     «bəlkə» yazıb baxıram..

     Dünən gördüm yuxumda

     ulduz kimi axıram

Əbülfət Mədətoğlu birmənənalı şəkildə «təbiət şairi» adlandırmaq olmaz. Amma onun əksər şeirlərində təbiət onun gözəllikləri ona məxsus olan bütün atributlar iştirak edir. Ağaclar, quşlar, Günəş, Ay, ilin fəsilləri, dəniz, dan yeriO, təbiəti duyan, onu öz varlığında yaşadan şairlərdən biridir. Onun bir sıra şeirlərində sırf peyzajlarla qarşılaşırsan. Lövhə yaratmaq, hansısa bir təbiət mənzərəsini rəsm etmək bu şeirlərdə təbiət duyğularından irəli gəlir. «Külək» «Dəniz mənzəsi şeirlərinə diqqət yetirək.

          Dənizin maviliyin

          dalğalar xəlbirləyib.

          Bir az göyə köçübdü

          Səma da gözlərinə

          Dəniz rəngin seçibdi.

                           («Dəniz mənzərəsi»)

 

         Sındırır pəncərəmi

         İndi ən dəli külək!

         Saçlarıma dən səpən

         Qəmin bir əli külək.

                                («Külək»)

  Amma təbiətlə bağlı elə şeirlər var ki, o şeirlərdə İnsan Təbiətlə vəhdətdədir.

           Mən düzəndə gözdən uzaq bir vələs,

           Budaqlarım bir-birinə dolaşıb.

           Qurutmağa könlün varsa dur, tələs

           Budandıqca  kirpiklərim bulaşıb.

       («Budaqlarım bir-birinə dolaşıb»)

  Əbülfətin sevgi şeirləri haqqında söz açaq. Bu şeirlər  Ümid üzərində salınan körpülərdən keçir. Bu sevgi şeirləri yaşı yetmişə doğru yol alan bir insanın içindəki payızlı duyğularının səslənməsidir. Amma bu səslənmə qışqırıq yox, pıçıltılarla müşayiət olunur. O, bir şeirində yazır ki: «Bacarmadın sevməyi, Bacarmadın Əbülfət» deyir.Əslində, burda pessimist bir əhval-ruhiyyə var, çünki onun sevgi şeirlərində sevən sevməyi bacaran bir insanın  etirafları səslənir. Baxın:

    Tanrı sərhəddində aşıbdı sevgim

    Çünki inadım da ölçüsüz olub.

    Düşünmə, mən dünən səni az sevdim

    Bu gün Yer kürəsi sevgimlə dolub!

Mədətoğlunun  sevgi şeirlərin şahı (əgər belə demək mümkünsə) «Sevginin» şeiridir. Onun kədərlə yazılan şeirlərinin hamısının üstündən bu şeir qırmızı bir xətt çəkirBaxın:

     Ürək etiraf masası

     İçim , çölüm bəlli

     Tanrım!-deyib tutmuşam mən

     Ətəyindən ikiəlli

                       Sevginin

 Bəs «Sevmişəm» şeiri necə? Bu şeir Əbülfətin eşqə, məhəbbətə sadiq olan ürəyinin bəyanıdır.

        Həsrət yükün duz etmişəm,

        Günü günə üz etmişəm..

        Bircə işi düz etmişəm

        Sevmişəm!

 

        Var olduğum bu bölümdə

        Haqq içimdə, haqq çölümdə!

        Hədə gəlsə lap ölüm

        Sevmişəm!

 Əbülfət «Bir qadına» silsiləsindən şeirlər yazır təsvir etdiyi gözəl qadınları, sevilənləri Molla Pənah Vaqif sayağı gözlərimiz qarşısında canlandırır. Baxın:

      Bulud çəkib gözündəki od üstə,

      Qaysaqlanıb dodağının balın da

      Titrəyiş var ürək kimi o səsdə

      Şeh iz salıb buxaqdakı xalında.

 Əbülfət Mədətoğlunun «Sevgidi ilahi güc» şeiri ilə sözümü bitirirəm. Nikbinliklə aşılanan bu şeirdə Əbülfət Mədətoğlu hardasa Füzüliyəo böyük eşq aşiqinə üz tutmuş olur – «Vadiyi-vəhdət həqiqətdə məqami eşqdhir» deyirdi Füzuli. Əbülfət  isə deyir ki:

      Kirpiklərin ucundan

      Səssiz sildiyim kədər,

      Sevgidi ilahi güc

      Mənim bildiyim qədər.

     Həsrəti vüsalı

     Vəsf etmir şair hədər.

     Sevgidi  ilahi güc

     Mənim bildiyim qədər.