Türkiyədə Bizans dövründən qalmış kilsə ibadət üçün müsəlmanların ixtiyarına verildi

Maraqli 11:41 / 05.05.2024 Baxış sayı: 1279

Türkiyənin İstanbul şəhərində yerləşən, Bizans imperiyası dövründən yadigar qalmış, daha sonra isə müsəlmanların məscid olaraq qoruyub saxladıqları və içində ibadət etdikləri Kariye məscidi (keçmiş adı Xilaskar Müqəddəs Hora Kilsəsi - red) ibadət üçün dindarların istifadəsinə veriləcək.

Qeyd olunur ki, dörd illik bərpa işlərindən sonra nəhayət Kariye məscidi istifadəyə veriləcək.

Açılış mərasiminə Rəcəb Tayyib Ərdoğanın da videobağlantı ilə qoşulacağı qeyd olunub. 

Məlumat üçün əlavə edək ki, Kariye məscidi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.