Kəramət : - QÜRUBUN SÜBH ÇAĞI

Ədəbiyyat 18:39 / 17.05.2024 Baxış sayı: 2440

 

Miladdan o üzdəsən

İlin ilimdə.n küsüb

A dodağı büzməlim,

Dilin dilimdən küsüb.

 

Daha Ağrı dağıyam

Həsrətin üz ağıyam

Qürubun sübh çağıyam

Əlin əlimdən küsüb.

 

Zamanı dartıb gedir

Şeiri də sarsıb gedir

Kəfəni yırtıb gedir

Şair ölümdən küsüb.