İdmançımız Avropa çempionu oldu -Ermənini məğlub ETDİ

İDMAN 08:46 / 15.06.2025 Baxış sayı: 2908

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı sona yaxınlaşır.

Yenises. az xəbər verir ki, bu gün sərbəst güləş üzrə 5 çəkidə qaliblər müəyyənləşib.

Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub

Beləliklə, Azərbaycan millisi yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çemb.pionluq yolunda inamlı addım atıb.