Musa Yaqub  -  Bu dünyanın qara daşı göyərməz.

Ədəbiyyat 10:55 / 30.04.2026 Baxış sayı: 169

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib,payız gəlib,qış qalıb.

Göy çəməndə ocaq yanıb,daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

 

Nə o ocaq közerəsi,sönəsi,

Nə o günlğr bir də geri dönəsi....

Qəm eləmə,könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

 

O gülyanaq bənddi bir xoş baxışa,

Körpə budaq əl açıbdı yağışa

Min baharın hərarəti yığışa,

Bu dünyanön qara daşı göyərməz

 

Ot göyərdib o cığırım,o izim,

Tufanlanıb,çalxalanmaz dənizim.

Daha məndən sevgi umma əzizim,

Bu dünyanın qara daşı göyərməz.

 

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.