Bə -hram Bilaloğlu - Azandır ruhuma dəva...

Ədəbiyyat 18:31 / 29.04.2026 Baxış sayı: 988

Azandır ruhuma dəva,

Qəlbimə siz toxunmayın.

Açın qulaq pərdələrin,

Şeytana iz buraxmayın.

 

Cismə qida verənlərin

Çoxu unutmuş azanı.

Gözü doymayan nə bilər

Harda olur ruh mizanı?

 

Qəmlənməyə səbəb gəzmə,

Yox ehtiyac, söylə kəsə.

Bir udumluq nəfəs üçün

Allah yetər qəlbi səsə.

 

Kəm baxanlar nicat tapmaz,

Tapdıqları qubar olar.

Təqva haqqın ödəməyən

Qaynadıqca buxar olar.