YAZMADIĞIM GÜNLƏRƏ -Ələsgər Əlioğlu
Boş günlərin ayazından,
Buz bağlayar Arazım da...
Qaşla gözün arasında,
Ölüm gəlib məni haqlar.
Yetməz ünüm ötən çağa,
Ha səsləyəm, ha çağıram...
Şimşəyim də vaxtsız çaxar,
Qayıdıb özümü dağlar.
O çiçəklər, güllər məni,
Görməz daha gülər məni...
Yazmadığım günlər məni,
Qabağına qoyub ağlar!..
1986