Bir də görürsən ki - Şövkət Zərin Horovlu
Bir də görürsən ki,təksən, tənhasan,
Yanında, yörəndə qalmayıb heç kəs.
Qəlbintək boşalıb ev də otaq da,
Səni eyməndirir xırdaca bir səs.
Bir də görürsən ki, canda tutar yox,
Ürəkdən sınmısan,əldən düşmüsən.
Nə yollar yarıdı, nə ömür yarl,
Bir yolluq enmisən, zildən düşmüsən.
Bir də görürsən ki, sübhə az qalıb ,
Gecə də gecəni ta əldən salıb.
Bir də görürsən ki , karvan yoldadır,
Nə ağrın səngiyib,nə dərd azalıb.
Gözlərinə dolur torpaq yuxusu,
Ömrü aya-ilə səpib gedirsən .
Haqqın tərəzidə çəkilən yerə,
Günahı içinə təpib gedirsən.