Elnur  Uğur - YOLÇU

Ədəbiyyat 19:57 / 30.04.2026 Baxış sayı: 142

Ayağında yol uzandı,

Gəl dayanma, yorğun yolçu.

Bu yolun sonunda su var,

Ümidləri solğun yolçu.

 

Tale Tanrıdan avansdı,

Ömür sevgi adlı şansdı.

Sevdinsə balans balansdı,

Kin törədər qırğın, yolçu!

 

Haqqa uzanır haqq əlin,

Əlinə boy verir əməlin.

Sevgin dünyanın təməli,

Sev həyatı vurğun yolçu