Milli Qəhrəman və Qurban Qurbanov... - Anlamlı xareoqrafiya

İDMAN 09:39 / 23.02.2024 Baxış sayı: 6686

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Braqa" matçında Ağdam klubunun azarkeşləri anlamlı xareoqrafiya açıblar.

Yenises..az xəbər verir ki,  dünən keçirilən oyunda  fanatlar Azərbaycanının Milli Qəhrəmanı Allahverdi Bağırovla Qurban Qurbanovun əl-ələ xareoqrafiyasını hazırlayıblar.

"Ruhumuz şaddır" deyə xareoqrafiyada qeyd olunub.

Qeyd edək ki, Allahverdi Bağırov "Qarabağ"ın futbolçusu, kapitanı baş məşqçisi olub. O, birinci Qarabağ müharibəsində şəhid olub.