“Şuşanın dağları”nı Xan Şuşinski ilə oxudu - VİDEO

MƏDƏNİYYƏT 19:19 / 13.05.2024 Baxış sayı: 5522

Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Yenises.az xəbər verir ki, müğənni tədbirdə “Şuşanın dağları” mahnısını yeni versiyada oxuyub.

Belə ki, mahnıda “Şuşanın dağları”nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer alıb. Xanbabayeva onunla virtual duet ifa edib. 

“Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra Sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm”, - deyə müğənni instaqram hesabında yazıb.