İSMAYIL MƏRCANLI İMANZADƏ : - UDUZAN SIRADAN ÇIXIR...

Xəbərin oldumu, Vətən,
Sızlatdı məni hər yetən.
Qəriblikdə bildim nədən
Qaşınmaz yerdən qan çıxır!
Yağıymış bəxtimi qapan,
Dərd-qəmdir canıma hopan.
Neyləyim, məni hər tapan,
Aldadıb aradan çıxır!..
Duayam, əhdəm, nəzirəm,
Qısılıb səbrə, dözürəm.
Elə ki insan gəzirəm,
Ürcahıma nadan çıxır!
Acı söz ürəyimdə çat,
Yurd ağrı-acım ta boyat...
Yaman amansızmış həyat,
Uduzan sıradan çıxır!
27.07.2022