Sədaqət Kərimova: - ADSIZ ŞEİR

Ədəbiyyat 20:17 / 12.08.2025 Baxış sayı: 2474

 

Bir az üşüyən kimi,

Bir az töyşüyən kimi

Köksünə sığınarıq

Sevdiyimiz qadının.

 

Yanımızda olanda,

Qadamızı alanda

Oxşamarıq bir an da

Sevdiyimiz qadını.

 

Çəkməkdənsə nazını,

Qış edərik yazını,

Çox görərik azını

Sevdiyimiz qadının.

 

Xoş sözlər demərik heç,

Dünyadan edəndə köç,

Qəbrinə sığınarıq

Sevdiyimiz qadının.