Adil Şirin : - Yay günəşi altında
Ədəbiyyat
08:08 / 13.08.2025
Baxış sayı: 2615
Yay günəşi altında
Darıxır böyük şəhər.
Göydə günəş,
Dənizdə giləvar,
Ürəkdə kədər...
Bu yay günü bu şəhərdə
Küçələr, meydanlar boş,
Dəli həsrətin gözləri sərxoş.
Bu şəhərdə, bu yay günortasında
Yalqızam, tək-tənhayam yenə,
Bütün dünya yaddır yabançıdır mənə...
Solğun xatirələr arasında sən,
Gözləri şehli dağ çiçəyisən...