Fərhad Tapdıqoğlu  : - "Adam uşağın payına göz dikməz"

YAZARLAR 12:54 / 12.08.2025 Baxış sayı: 2484

 

8 yaşlı Aska(Asif) babası,adaşı Asif ilə rayonun kəndlərinin birində yaşayan qohumları gilə qonaq getmək üçün evdən çıxdılar .Onlar kənddə taksi fəaliyyəti ilə məşğul olan Vəkil adlı sürücüyə yaxınlaşdılar.

Asif baba sürücüyə salam verib,əhval tutandan sonra dedi:

--Bizi Çimənli kəndinə apararsanmı? Bir neçə dəfə səninlə ora getmişik.8 manat verəcəm həmişəki kimi.

Vəkil:

---Yox 10 manat verəcəksən.8 manat azdır,çünki hər şey bahalaşıb--dedi.

Asif baba o qiymətə razılaşmağa məcbur oldu,çünki başqa " taksi" yox idi.

Aska babasının qulağına pıçıldadı:

--Baba pulu ver mənə.Kəndə çatıb,düşəndə Vəkil əmiyə verərəm.

Asif baba bir beşlik və beş ədəd bir manatlığı Askaya verdi.

Taksiyə əyləşib ,yola düşdülər.

Marketlərin birinə yaxınlaşanda, taksini saxlatdıtıb,düşdülər.Asif baba marketdən getdikləri evə bir az konfet- peçenye və Askaya isə lki yarımlitrlik "kola" aldı.

Maşına əyləşib yollarına davam etdilər.

Sürücü Vəkil kişi Askaya:

--"Kola"nın birini mənə ver içim,nolar?- dedi.

Aska vermək istəmədi:

---Pulun yoxdur,özün al də . Bütün günü adamları aparıb,pul qazanırsan.

Vəkil:

--Düzdür,amma o pulları evə aparıram, uşaqlarıma da şirə,"kola","fanta",konfet alıram- deyib əlini Aska tərəfə uzatdı.

Aska "kola"nın birini Vəkil kişiyə verdi.

Vəkil kişi razılığını bildirdi:

-- Ay çox sağ ol.Toyunda içək inşallah.

Qonaq getdikləri evə çatdılar.

Aska pulu sürücüyə verdi:

--Al,Vəkil əmi .

Vəkil kişi pulu alıb saydı ,dedi:

--Burda doqquz manatdır ki.Bir manat da ver.

Aska:

---Bir manat da sənə verdiyim "kola"ya çıxdım də.

Vəkil kişi gülümsədi:

--- Ay səni Aska.Mən də elə bildim " kola"nı pay verdin mənə.

Aska:

--Niyə pay verməliyəm ki?

Sən pul qazanırsan,özün ala bilərsən.Adam uşağın payına göz dikməz. Mənə onu babam almışdı.

Vəkil kişi hazırcavab Askaya deməyə söz tapmadı...