Dolu təsərrüfata ziyan vurdu  - QAXDA

MƏMLƏKƏT 09:03 / 18.05.2024 Baxış sayı: 2264

 

Qaxa dolu düşüb, meyvə ağaclarına ziyan dəyib.

Yenises.az  xəbər verir ki, təbiət hadisəsi   dünən  axşam saatlarında əsasən  rayon mərkəzinə və rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.

Bir neçə dəqiqə davam edən dolu nəticəsində meyvə ağaclarına ziyan dəyib.

Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan yağışları nəticəsində dağ çaylarında sululuq artıb.