AY Bəniz Əliyar- Mənə

Ədəbiyyat 10:32 / 26.07.2025 Baxış sayı: 1984

 

İndi kiməm, nəçiyəm,

Qayıt bir də bax mənə.

Gör səni sevdiyimçün

Neylədi Allah mənə.

 

Bu sevdanın üstə mən,

Batıb qaldım yasda mən.

"Ah" çəkirsən, istəməm,

Neyləyəcək "ah" mənə?

 

Sənə niyə əl açım?

Səndə yoxdur əlacım.

Hazırdı dar ağacım,

Əfv fərmanı yox  mənə.