Elnur Uğur Abdiyev - Azərbaycanım

Ədəbiyyat 09:14 / 03.11.2025 Baxış sayı: 1157

 

Nə böyük səadət, nə böyük eşqdi?

Oğullar yolunda canından keçdi.

Qarabağ azadlıq şərbətin içdi,

Tarixə yazıldı bu eşq dastanım,

Zəfərin mübarək,Azərbaycanım!

 

Uğrunda oğullar verdilər ki,can

Təki yaşayasan,can,Azərbaycan!

Xoşbəxtəm dadıram azadlığından,

Hər şəhid sevdası canımda canım,

Zəfərin mübarək,Azərbaycanım!

 

Səmanda keşikçi üçrəngli bayraq,

Gülür gələcəklə nə gözəl növraq.

Şəhid qanlarıyla yoğrulan torpaq,

Kəbəm,müqəddəsim,ən xoş ünvanım,

Zəfərin mübarək,Azərbaycanım!

 

Samidlər diyarı,Camallar yurdu,

Hər qazin, şəhidin biri bir ordu.

Axan qanlar üstə Vətən dik durdu,

Ey mənim yenilməz şərəfim,şanım

Zəfərin mübarək,Azərbaycanım!

 

Ali Baş Komandan verdi "vur!"əmrin

Ha dünya hər yerdən versin dur əmrin.

Ordumuz göstərdi yurdumun əzmin,

Güldü bulud örtmüş Gün üzlü danım,

Zəfərin mübarək,Azərbaycanım!