Zahid Sarıtorpaq - OLUR

Ədəbiyyat 08:54 / 03.11.2025 Baxış sayı: 1124

* * *

“qan! qan!” deyən baxışların

tərs tərəfi “can.... can...” olur...

hər mələyin, məlakənin

alxışı da pünhan olur

 

bir adamı asırlar da

hökmünü sərt yazırlar da

məzarını qazırlar da

amma ruhu şan-şan olur...

 

boş şeydir bu umu-küsü

heç kim heç nə bilmir, düzü...

hər umudsuzun düz sözü

tək "can Azərbaycan...." olur...