TƏBRİK

Gündəm 00:01 / 20.09.2025 Baxış sayı: 3872

TƏBRİK!

 

Evimin, ailəmin ay parçası olan Aysu nəvəm! Sənin dünyaya gəldiyin gün bütün ailəmiz üçün sevinc, şadyanalıq gətirdi. Sən atanı, ananı, babalarını, nənələrini xoşbəxtlərin xoşbəxti etdin. Mənim ilk oğul nəvəm, şıltaqlığın nə qədər çox olsa da, gətirdiyin sevinc bir o qədər çoxdur. Ona görə də səni atanın, ananın, nənələrinin və babalarının, əmilərin  Anarın    və   Fərhadın, dayın Rəşadınvə  bibin Sürəyyanın, mamaların Nilufərin və Sənubərin, xalan Səmanın, bacıların Nigarın və Nərgizin, qardaşların Atillanın və Fatehin adından ürəkdən təbrik edirəm. Sağlam və xoşbəxt böyüməyini, atan Babək və anan Fəridəyə layiq olmağını Allahdan arzu edirəm. Çünki:

 

Böyüdükcə evimin

işığı da gurlanır.

Adının paklığıyla

həyatımız nurlanır.

 

Qürurumuzla birgə

sevincimiz də artır.

Aysu nəvəmiz bu gün

yeni yaşına çatır.

 

Ayla su qovuşaraq

bax, Aysu olub sonda.

Xoşbəxtlik adı ilə

qoşa olsun onun da.

 

Sevgilərlə:

Baban Əbülfət Mədətoğlu