Şövkət Zərin Horovlu: - Xatirəmgilə

Ədəbiyyat 21:19 / 21.08.2025 Baxış sayı: 2244

“Sənsiz ağlayan nəğmə” kitabından

 

Dumanlı bir payız apardı səni,

Dönmədi səninlə yox olan yollar.

Bəlkə ayrılığa bir bəhanəydi,

İndi aramıza yıxılan yollar?

Səmtimi, yönümü itirdim belə

Sənli xatirəmin sirdaşıyam mən.

Mənim çəkdiyimi bir kimsə çəkməz,

Ümidsiz ümidə baş daşıyam mən.

Nə yollar yarıdır, nə ömür yarı,

Mən yol ayrıcında qalmışam, demə.

Səndən bircə xısma sevgi istədim,

Əl açıb, dilənçı olmuşam, demə.

Ürəyin yarasın vaxt sağaltmadı,

Neynim, unut sözü dilimə yatmır.

Sevgi dediyimiz,ömürdən uzun,

Bəzən bir ömür də sevgiyə çatmır.

 

Yaddaşımı alıb sən aparmısan,

Gözləyirəm bəlkə qayıda , gələ.

Hərdən qulağıma səsin dəyəndə,

Darxıb hedirəm xatirəmgilə.