Şövkət Zərin Horovlu! : - Bir vaxt özümə bir şeir yazmışdım

Ədəbiyyat 11:02 / 01.09.2025 Baxış sayı: 2058

 

Qərib dağlar kimi xəyal içində,

Yenə də çatılıb qaşı şairin.

Elə bil ümidi gözündən düşüb,

Sanki dumanlanıb başı , şairin.

 

Əl edir dalınca itən illərin,

Özündən xəbərsiz ötən illərin.

Gözləri yollarda baxışı sərin,

Sanırsan qarışıb huşu , şairin .

 

Zamanın sınağı gəlmir ölçüyə,

Sığışmır nə yerə, nə də ki, göyə.

Üzü vətən sarı, yurd deyə -deyə,

Axır yanağına yaşı şairin.

 

Baharı sovulub,payızl keçib ,

Qürbət gözlərindən yuxusun içib.

Canından ayrılıb sevdası köçüb,

Dayanıb qapıda qışı şairin.

 

İnadına dura axıra gedə,

Bu yalan dünyanı üz-astar edə.

Haqqına dünyadan hesab istəyə,

Çatarmı dünyaya, yaşı şairin?