Sevinc Qərib - SƏN MƏNİM EVİMSƏN...

Ədəbiyyat 22:07 / 08.10.2025 Baxış sayı: 1411

 

Guya ki, mən sənin evin deyiləm,

bu yuva, bu ocaq bizimki deyil?!

Gözündən asılan alovlu baxış,

ruhuna qovuşan ruh mənim deyil?!...

Ovcun əllərimin isti yuvası,

əllərin ovcumda ən əziz sakin.

Sən məndə var olan ilahi adam,

mən səndə yaşayan bəxtəvər qadın.

Bizim yaşamağa evimiz yoxdu...

sən mənim EVİMSƏN,

mən sənin EVİN...