Sədaqət Kərimova - KİMİ

Ədəbiyyat 10:57 / 09.09.2025 Baxış sayı: 1946

Mən rahatlıq axtarıram,

Sərin suya təşnə kimi,

Uzaq, qumlu bir səhrada

Tapılmış saf çeşmə kimi.

 

Mən sakitlik axtarıram,

Doğma, isti qucaq kimi.

Sakitliksə qaçır məndən

Nadinc, dəcəl uşaq kimi.

 

İtirmişəm dincliyimi,

Dinclik düşüb məndən uzaq.

Çöldə yayın cırhacırı...

Qəlb evimdə şaxta, sazaq...