Saqif Qaratorpaq -Səni axtardım...

Ədəbiyyat 20:50 / 07.11.2025 Baxış sayı: 962

Səni axtardım,

tapmadım,

bəlkə yoxsan hələ?

Sonra gələcəksən,

ayaq izimdən

biləcəksən

getdiyimi.

mən də

gedənlərdən biri,

qayıdan deyiləm geri...

Xatirəm-sənə təsəlli.

...Tələsmə,

sonsuzdu zaman,

bir çinar kölgısində

dayan.

Gördünmü?

yanındayam.