Şakir Xanhüseyn : - ÜÇ İLİN BİR GÜNÜ...
Ədəbiyyat
09:20 / 28.08.2025
Baxış sayı: 6481
28 Avqust 2017
***
qoru məni, ey göyüzü,
qoru məni yerüzündən...
28 Avqust 2016
***
yer yatağım,
göyü çəkirəm üstümə,
yenə ayaqlarım
qıraqda qalır...
28 Avqust 2013
OLMAYAN YERDƏ...
...Olmayan yerdə
öz dərindən özünə çarıq tik
Olmayan yerdə
barmağını sor da, qardaş...
Olmayan yerdə
başını divara vur.
Olmayan yerdə, buyur,
ciblərini yoxnan doldur...