Şakir Xanhüseyn -SÜBH naxışı...
TALE alqışı bir şeir
...yorğunam,
yəqin gecəni
oyaq yatmışam...
bu gün də bir gündü,
əlimdə bir güldü
bir-iki saatlıq,
solub gedəcək--
bir yuxu olub gedəcək,
ey ürək...
gözümü yumub
həmişə gözü açıq olmağa and içmişəm...
Bu gecə şeirə qonaqdım ev yiyəsi mən,
ac doyub qalxdım süfrədən
toxam, əlhəmdü...
Od qalamışam bağrımın başında;
qəlbim- ocaq daşı,
eh, bişir aşım...
özünü sözdə tapmaq böyük bir itkidi,
zaman, arxasına baxmadan gedir...
sabahınız xeyir, ağaclar, quşlar, çiçəklər,
sabahın xeyir, ey səhər...