Şakir Xanhüseyn : -  otağına düşən bir zolaq işıq

Ədəbiyyat 18:23 / 07.08.2025 Baxış sayı: 7317

otağına düşən bir zolaq işıqdan

çölə çıxmağın yolunu öyrən

və örtülən qapıdan

necə içəri keçmənin yolunu...

əvvəlcə bir işıq olmağın gərək;

ancaq işıq olub

zülmətin üstünə çökə bilərsən,

qarşısında duklənə,

gözünə gözünü dikə bilərsən...

qulağına gələn səsin də yolunu öyrən,

o səsin yolunu ələ alıb,

hardan desən,

ordan ötüb keçərsən onda

bir anda...

səs qədər iti, səs qədər kəskin olmalı,

bununçün itilənməli bir səs,

kəskinləşməli,

bəli...

indi önündə

bir səslə işıq olmanın yolayrıcı var,

həm ağrı, həm acı var...

ya bir işıq olub

bütün əngəlləri aş,

ya səsə dönüb

hər cür maneəni;

di görüm səni,

güvəncim, öyüncüm qardaş!..