Şakir Xanhüseyn - Mən bəzən...

Ədəbiyyat 18:34 / 08.09.2025 Baxış sayı: 2585

***

Mən

bəzən

şeirlərimdə

bəzi sözlərin

lap aydınca səsləndiklərini,

ah çəkdiklərini,

sevindiklərini,

üzüldüklərini,

hətta qorxduqlarını,

onların

sanki mənə həyəcanla baxdıqlarını

hiss edirəm...