Şakir  Xanhüseyinli - AH DEMƏ, UH DEMƏ YÜRÜ

Ədəbiyyat 20:38 / 11.10.2026 Baxış sayı: 362

 

Yürü, irəli getməyə

hey gecikirsən

neçin sən.

əkdiyini əkib, amma

özünə kəfən biçirsən...

istəyinə doğru yürü,

kim nə edir, nə yoğurur...

həyatda bilməlisən ki,

şirin də acı doğurur!

Yürümədyin yerlərə

yürü, heç yürümə ya da;

ürək qızdıra bilmirsən

ən yaxına, doğmaya da...

Yürü, dayanma, yox, gözlə,

de, kimin nəyisən burda...

bəlkə yüz əldə görürsən

bir qəmli neyi sən burda...

bir yürüş başla, ha yürü,

ha yürü, yerihayeri...

salma ayağa özünü

ayaqdan salıb hər yeri...

Ah demə, uh demə yürü,

bir vaxtlar quş kimi idin.

yürü, heç istəməsən də,

olmasa da bir məqsədin...

adla, çap dördnala, asta,

bir işini sal sahmana;

arada uzanıb çatsın

qoy əlin də bir imkana!

haydı, yoxla nəfəsini,

yürü deyirəm sənə mən...

yandırmazmı yeri, göyü,

bir ah qopsa hər sinədən?

Bu nədi? hey qaçırsan ki,

qoy bağlayım ayağını...

su üzündəki yarpaqtək

bir göstər ağırlığını!.