Əli Hacı Ağaevli - Səni darıxmağa buraxmışam mən
Səni darıxmağa buraxmışam mən,
Biləsən,təkliyin səsi içdədir !
Görəsən,ayrılıq mənim adıma,
Payız geyinibdir,qış köçündədir !
Nə buzu əriyər,nə də ki,qarı
Qış girib içinə bitirər yazı !
Ömrün istisinə soyuqlar düşər,
Çoxun itkiləri gətirər azı !
Qoynumda gizlənər yarsız əllərim,
Uzun saçlarını külək darayar !
Sənin darıxmağın məni öldürər,
Mənim tənhalığım səni arayar !
Çəkilər dumanda,əriyər buzda
Sevgini ölməyə qoymasan əyər !
Çoxun yaşamağı səndən aslısa,
Yaş olub quruyçün yanmağa dəyər!
Səni yaşamağa buraxmışam mən,
Görəsən,yaşamaq məcburu işdir !
Biləsən,hər cürə sifət içində
Adam tək yaşamaq,qurur işidir !