DÜNYA ŞÖHRƏTLİ ALİMİMİZ RAFİQ ƏLİYEVİN YENİ UĞURU

Elm 22:08 / 11.10.2026 Baxış sayı: 252

 

BU DƏFƏ TÜRK DÜNYASINDAN GƏLDİ

 

08.10.2026-cı ildə Qazaxıstanın Alma-Ata şəhərində Beynəlxalq Türk Dünyası Elm Mükatafları Komitəsində müxtəlif elm sahəsində dünya miqyaslı elmi nəticələr əldə etmiş alimlərə elmi mükafatlar verilməsi mərasimi təşkil olunmuşdur.

Türk Dünyası Elm Mükatafları Qrumunun əsas məqsədi Türk Dünyasının nəhəng elm adamlarının nəticələrini təbliğ etmək və sabaha uzanan elm üfüqlərində fərqlənən müasir elm adamlarını mükafatlandırmaqdır.

Nə yaxşı ki bu böyük mükafata layiq görülənlər arasında bizim Rafiq Əliyev də var.

Tədbir mərasimi iştirakçıları arasında dəvətli qonaq qismində iştirak edən özbəkistanlı alim, akademik Yusifbəyovun verdiyi informasiyaya görə Rafiq Əliyevə mükafat təqdim olunarkən qeyd olundu ki, mükafat onun qeyri-səlis riyazi məntiq və süni intellekt sahəsində əldə etdiyi – dünya elmi camiyəsində qəbul olunmuş elmi nəticələrinə görə verilib.

Mükafat təqdim olunandan sonra laureat Rafiq Əliyev öncə Azərbaycan və Türkiyə türkcəsində, sonra isə ingilis dilində nitq söylədi. O öz nitqində

Türk Dünyası Elm Mükatafları Qrumunun Türk Dünyasının işıqlı gələcəyinə zəmin olan elm gücünün yüksəldilməsinə böyük uğurlar arzulayaraq qeyd etdi ki, təqdim olunan ödülün gövdəsində göstərildiyi kimi Türk Dünyasının sabahı elm və təhsillə bağlıdır.

O, Azərbaycanın, eləcə də Türk Dünyasının böyük şairi Nizami Gəncəvidən misal gətirərək demişdir:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Akademik Yusifbəyov bildirdi ki, Rafiq Əliyev nitqində onu da xüsusi vurğuladı ki, onun elm sahəsində qazandığı SSRİ Dövlət mükafatı və ABŞ-dan aldığı Elmdə Ömürlük uğur mükafatı çox önəmli mükafatlardır, ancaq bu gün aldığım mükafat isə qan yaddaşı və genetik amillər baxımından mənə daha doğmadır.

Sonda o, ona verilən bu mükafatın ərsəyə gəlməsində əməyi keçən hər kəsə və dünyanın müxtəlif ölkələrindən gəlmiş elm adamlarına təşəkkürünü bildirmişdir.

Ölkəmizi elm sahəsində tanıdan Rafiq Əliyevin aldığı bu mükafat onun elm sahəsində yeni bir naliyyət addımdır.

Rafiq Əliyevin tədbirdəki çıxışı Türkiyə mətbuatında da xüsusi qeyd olunub: “Ödül alan dünya çapındaki bilim adamlarımızdan Prof. Dr. Refik Aliyev’in şu sözlerini bilhassa belirtmek isterim: “Benim, -övünmek için söylemiyorum-, Sovyetler Birliğinden ‘Sovyet Devlet Nişanım’, ABD’den ‘Ömür Boyu Başarı Ödülüm’ var. Ancak samimiyetle söylüyorum ki bu ödül benim gönlüme onlardan daha çok hoş geldi.” Kadriye – Hayri ATAŞ

Türk Dünyası Elm Ödülləri Təşkilat Komitəsinin sədri Cemal Akkuş çıxışı zamanı bu Ödülləri Türk Dünyasının Nobeli adlandırmışdır.

Rəfail TAĞIZADƏ