Elm və Təhsil Nazirliyi bu tələbələrin təhsil haqqını ödəyəcək

Elm 09:01 / 03.08.2022 Baxış sayı: 1539

Riyaziyyat, fizika və informatika fənləri üzrə Respublika Olimpiadasında 1,2 və 3-cü yerləri tutan və ADA Universitetinin 1-ci ixtisas qrupu üzrə bakalavr proqramlarına müraciət edən abituriyentlərin təhsil haqqı Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq. 

Yenises.az  bildirir ki, bu  barədə   ADA Universiteti məlumat yayıb.