Adilə Nəzər - Qəlbimdə Sən
Hər döyüntü pıçıldayır adını,
Dəryalar tək dalğalanır bu sinəm.
Heç bir şeydə tapammıram dadını,
Qəlbimdəsən, amma sənə həsrətəm.
Şah damardan yaxın mənə varlığın,
Hər nəfəsdə, hər zərrədə Sənim var.
Bəs nədəndir bu hicranın darlığı?
Gözlərimdə bitməz olub bu yollar.
Sən canımın içindəsən, Sevgilim,
Mən Səndəyəm, Sən qəlbimin taxtında.
Bilməm niyə sızıldayır bu dilim,
Tələssəm də, vüsal gələr vaxtında.
Ruhum uçmaq istər cismin evindən,
Bu pərdəni arala ki, keçim, Hu!
Məni qurtar bu dünyanın qəmindən,
Qovuşdur ki, qəfəsimdən uçum, Hu!
Adilə Nəzər10.10.2026