Şakir  Xanhüseyinli - ƏSA

Ədəbiyyat 20:12 / 10.10.2026 Baxış sayı: 371

 

əsa... əlim də deyim buna, ayağm da...

ya Musa, əsanla gəl, sehirlərinlə gəl...

qəfil bir səntirləmədən yapışmağa

bir qol olmayanda,

bir sözdən tuta bilməyəndə əsa...

əsa-- bir küncə qoy ümidini, köməyini,

gözün üstündə olsun...

itlə dostluq et çomağın böyründə:

bu söz keçərlidi elə bu gün də...

vur, çomağım, vur-- əlim vur, ayağım, vur...

bəzən bir əl yox, bir ömür söykənir

balaca bir çəliyə;

haydı, bir addım irəliyə...

tak-tuk, tak-tuk...bu, addım səsidi, ya nə...

bil ki, evin də

yeri gələndə

əlində

bir tutacaqdı, hə...

divardan yapışa-yapışa

yeriməyini xatırla...

əsa--söykənəcək; hərdən bir böyük duası,

yolunu aydınladan gün şüası...

əsan yoxsa da,

həyata tutunacaq bir əsasın olmalı, ya...

əsa! bax, bu əla!..