Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda

Ədəbiyyat 21:34 / 09.10.2026 Baxış sayı: 342

 

 

ABŞ-n Los-Ancelos şəhərində fəaliyyət göstərən “Mascomania News” müstəqil beynəlxalq rəqəmsal xəbər və geosiyasi nəşrinin mədəniyyət portalında Azərbaycanın tanınmış şairləri Ramiz Rövşənin və Qulu Ağsəsin şeirləri ingilis dilində dərc olunub. Filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirlinin tərcüməsində təqdim olunan “Azad qadın heykəli”, “Qara paltarlı qadın” (Ramiz Rövşən) və “Müharibə əlili”, “Görsən ki, üşüyürsən...” (Qulu Ağsəs)  adlı şeirlərə portal redaktorları ön söz də yazaraq Azərbaycan şairləri haqqında Amerika oxucularına müfəssəl məlumatlar veriblər.

Qeyd edək ki, müstəqil beynəlxlq nəşr hər iki şairimizin adına səhifələr də açıb.