Şövkət Zərin Horovlu - Axırsan payız

Ədəbiyyat 12:03 / 08.10.2026 Baxış sayı: 574

 

Bulud göy üzündə köməşib yenə,

İçimdə kövrəlir payız duyğular.

Çən -çisək altında nəmlənir hər yer,

Mənim də könlümün öz payızı var.

 

Küləklər də sanki qəsdimə durub ,

Qoparıb budaqdan alacaq məni.

Tale küləyidir, bəlkə bu külək,

Görən qovub hara salacaq məni?

 

Ömrün də azalan yorğun çağıdır,

Vaxtın yedəyində sürünüb gedir.

Dünyaya gəlsə də bir yaz səhıri,

Payız dumanına bürünüb gedir.

 

Qapı,pəncərəmi ta döymə, payız,

Ürək sirdaşımı alıb apardın.

Onda bir ürəkdə elə biz idik,

Araya ayrılıq salıb apardın.

Toxunma sən mənə yolunla çıx, get,

Nədən günagkartək baxırsan,payız

Ağlamaq vərdişin öyrətdin mənə,

Ömrümdə bəlkə son,axırsan, payız.