Sabir Zəkullaqğlu: - Narkotika onu buna vadar etdi...
Bu gün hamı ondan yazır.
Məşhur teleaparıcı. Hazırki narkoman. Əlbəttə hamı kimi mən də çox acıyıram onun halına. Belə insanlar məhz şan-şöhrətin, ulduz xəstəliyinin qurbanı olurlar. Bir vaxtlar bu gün üzdə olan məşhur yazarlar da alkoqalizmə düçar olmuşdular. Yaxşı ki bu yoldan tez qayıtdılar. Məncə onları bu yoldan yaxınları, əzizləri qaytara bildi. Bir də ki, alkoqalizm, narkomanlıqla müqaisədə toya getməlidir. Narkotikadan normal həyata geri dönüş etmək çox çətindir. Ancaq mümkündür. Əlbəttə bunun üçün böyük iradə lazımdır. Ancaq şöhrətdən başı gicəlllənən adamda çətin ki bu iradə olsun.
44 günlük müharibə vaxtı hər kəsin həssaslıqla müharibənin gedişatını izlədiyi bir dövrdə, hər kəsin hisslərinin ən ali məqama çatdığı emossional bir vaxtda mənə bir telefon zəngi gəldi. Hava çox soyuq idi. Mən maşın idarə edərək yol gedirdim. Hərçənd ki, yol txac idi. Sadəcə iməkləyirdik.
Msşının radiosu tez-tez cəbhədən xəbərlər verirdi. Şəhid xəbərləri bizi nə qədər üzsə də, ordumuzun uğurlarını eşitmək yaramıza məlhəm olurdu. Azərbaycanın ən şanlı tarixini canımızda hiss edirdik. Telefonu açdım. Adam özünü təqdim elədi. Mən onu qiyabi də olsa tanıyırdım. Fb sosial şəbəkədə də dostluğumdaydı. Fb dostu olaraq bir-birimizə müsbət münasibətimiz vardı.
Adam danışığına bir az da həyəcan qataraq, "mən indi cəbhə bölgəsindəyəm, vacib bir çəkiliş aparıram". Yüksək çinli bir zabitin adını çəkərək, "ondan müsahibə alıram" dedi. Mənə güvəndiyini, inandığını dedi.
"Bacım çox pis xəstədir. Onun dərmanları bitib. Almağa pulu da yoxdur. Onun məndən başqa kimsəsi yoxdur. Xərçəng xəstəsidir. Dərmanları indi almasa ağrılar onu rahat buraxmayacaq. Ancaq dərman almaq üçün borc almağa adam da tapa bilmirik.
Mən də cəbhəyə ezam olunmuşam. Bilirsən ki, indiki vaxtda ön cəbhə hər şeydən önəmlidir. Səndən acizanə şəkildə xahiş edirəm, bacımın kartını göndərim, ona dərman almaq üçün pul göndər. Bakıya qayıdan kimi pulunu qaytaracağam" dedi.
Mən ona dedim ki, ilk fürsətdə, ən yaxındakı bankomatdan sizə lazım olan qədər pulu göndərəcəyəm. Sadəcə tıxac olduğu üçün dəqiq vaxtı deməyə çətinlik çəkirəm.
Təbii ki, elə də etdim. İlk fürsətdə, ən yaxındakı bonkomatdan bu fb dostumun kartına pulu göndərdim. Məsələni dəqiqləşdirmək üçün bankomatın yanından, ona mənə canlı bağlantı etməsini xahiş etdim. Adam mənə canlı bağlantı etdi. Sarı-narıncı uzun bir gödəkçədə, ayaq ustə, elə ayaqüstü mənimlə söhbət də etdi.
Mən də həmən pulu onun dediyi karta göndərib, heç narahat olmağa əsas yoxdur, pulu sizə kömək kimi göndərirəm, qaytarmaq haqda heç düşünməyin, dedim. Təbii ki bu hadisədən sonra bizim münasibətlərimizin daha da yaxın olacağınını düşünürdüm.
Ancaq bu olaydan sonra o adamı heç vaxt fb də görmədim. Lap sonralar onun narkotika aludəçisi olduğunu mətbuatdan eşitdim. Sonralar bir müsahibəsi də qarşıma çıxdı.
Tanrı özü kömək olsun.
Bu yazını yazmaqda məqsədim ondan ibarətdir ki, narkotikadan aslılıq gör nə qədər çətin işdir ki, adamı yalan danışmağa, başqalarının hissləriylə oynamağa mıcbur edir. Hansı ki, bəlkə də o adamın bacısı gərçəkdən də xərçəng xəstəsi olsaydı və bacısı ağrıdan əziyyət çəksəydi belə , adam bacısına ğörə bu varianta əl atmazdı.
Ancaq narkotika onu buna vadar etdi...