Sabir Zəkullaoğlu - QİYMƏTLƏNDİRMƏ
Qiymətləndirmə, çox önəmli və mühüm məsələdir. Obyektiv və ədalətli qiymətləndirmə isə daha mühüm məsələdir.
Deyim ki, obyektiv yanaşma bir az da mənəvi məsələdir. Ancaq gəlin etiraf edək ki, mənəviyyat bir çox müstəvilərdə maddiyyatin üstündə oturur..
Demək, əvvəlcə maddiyyat, sonra mənəviyyat ..
Məsələyə bu konteksdən yanaşsaq, kopitalist olkələrində qiymətləndirmə siyasətinin daha ədaləti olduğu məntiqinə inanmalıyıq.
Əslində dünyanın bütün inkişaf etmiş ölkələri insan kapitalına xüsusi önəm verir. Başqa cür ola da bilməz, çünki, burda qeyri adi bir şey də yoxdur. Hər şey insan sağlamlığına, inkişafına və ümumiyyətlə varlığına xidmət etməlidir..
Bu gerçəkdən də belədirmi..?
Gəlin faktların dili ilə danışaq.
Hamının bildiyi bir həqiqət var ki, insan üçün ən qiymətli şey vaxtdır, zamandır. Başqa sözlə desək, vaxt, elə sənin ömründür..
Hər şeyi maddiyyatla dəyərləndirən kapitalist dünyası, insanın vaxtını, hər saatını qiymətləndirir. Yəni insanın əməyini itirdiyi vaxta görə qiymətləndirir.
Daha sadə desək, saat hesabı işlədir. Və hər saatına ödədiyi pul da sadəcə rəqəm deyil. İqtisadçıların, həkimlərin rəyinə əsasən həmin o vaxt hərtərəfli qiymətləndirilir..
Məncə ən ədalətli yanaşma da məhz budur. İnsanın nə iş görməsindən aslı olmayaraq, itirdiyi zamanı qiymətləndirirlər..
Sosializm cəmiyyətində necə idi?
Əgər Sovet dövrü sosialist kurallarına söykənib idarə olunurdusa, elə götürək Sovetin özünü. Aylıq ödənişlərlə insanın əməyi qiymətləndirilirdi. Hər cürə ağır işlərdə..
Keçid dövrü deyib, keçməyə bir cığır tapa bilmədiyimiz dövlətlərdə necədir?
Hökumət, insanı sadəcə işlə təmin etməklə öz işinii bitmiş, işçini də xoşbəxt etmiş olur. Ta o neçə saat işləyəcək, aldığı maaş onu qane edir, etmir, bu ödəniş onun itirdiyi əməklə düz mütənasibdir ya yox, bu qaldı işçinin öz talehinə..
İnsan faktoruna və ona verilən dəyərə başqa bir bucaqdan baxsaq, məsələn, müsəlman coğrafiyasındakı dəyərləndirmə...
Müsəlman bütün günü işləyir, heç bir arzusuna çata bilməsə də, həm də razıdır. Çünki, onun arzuları bu dünyada əl çatan masa da, o bütün arzularını çiynlərinə yükləyib o biri dünyaya aparır..
Bu da boşuna deyil, onun bütün ümidləri və daimi xosbəxtliyi o biri dünyaya hesablanıb..
Nə deyirəm, təki elə olsun.
Necə deyərlər, Allah o dünyamızı versin..