Sabir Zəkullaoğlu :- Bir gündə iki üç dəfə fikirlərimi dəyişə bilirəm..

YAZARLAR 12:54 / 27.04.2024 Baxış sayı: 2086

Heç vaxt kollektiv işdə çalışmadım.

Həmişə sərbəst, özümün qurub formalaşdırdığım kiçik bir heyyətim olub.

Bu yaxşıdır, ya pis deyə bilmərəm.

Yəqin ki, hər birinin öz üstünlüyü olduğu kimi, müəyyən mənfilikləri də var.

Punktual adam deyiləm. Dayanığlığım yoxdur. Hər yerə səpələnmişəm.

Ancaq görüşə heç vaxt gecikməyi sevmirəm. Həmişə vaxtından əvvəl gəlirəm.

Qeyri punktullığım əsasən ruhumla bağlıdır..

Heç yerdə özümə yer tapa bilmirəm. Ən çox işlərim rəvan gedəndə darıxıram.

Bəzən nə elədiyimi özüm də bilmirəm..

Gözəlliklər, rahat həyat məni çox sıxır.

Heç bir rejimə tabe ola bilmirəm.

Əvvəllər tapanda yemək yeyirdim, indi acanda.

Axşam tərəfi yemək doğru deyil, ziyandır, filan, belə kurallara əməl etmək mənlik deyil.

Nə vaxt acıramsa mütləq yemək yeyirəm..

Bu rejimsizliklə nə çəkim dəyişib, nə də boyum..

İyirmi ildən artıqdır ki, boyum 174, çəkim 85 olaraq qalır..

Dəyişən fikirlərimdir.

Bir gündə iki üç dəfə fikirlərimi dəyişə bilirəm..

İnsanları sevməkdən ötrü ölürəm.

Hamının qəlbimdə yeri var..

Bu günə qədər, 55 ildə, inciyib, küsüb münasibətlərə son qoyduğum adamların sayı, heç sol əlimin barmaqlarının sayının yarısı qədər də deyil..

Ya iki olar, ya da üç..

Yaxşılıq etmək qədər məni mutlu edən ikinci bir səbəb yoxdur.

Həyat çox gözəldir. Yaşamaq gözəldir.

Salamat qalın ki, sizi sevək..