Sabir Zəkullaoğlu :- Dünyanın ən əzabkeş qadını

YAZARLAR 14:14 / 08.05.2024 Baxış sayı: 1465

Dünyanın ən əzabkeş qadını Azərbaycan qadınıdır.

Hardan bu qənaətə gəldim?

Ümumiyyətlə yazdığım bütün yazılar müşahidələrimin məhsuludur.

Müşahidə və mülahizələrdən gəldiyim qənaət doğrudur ya yox, bu ayrı bir mövzudur..

Avropa insanı kiçik yaşlarından uşağı şəxsiyyət kimi böyüdür. Ona görə də onun üzərinə həm də məsuliyyət qoyur.

Məsələn, uşağa özünü tanıtmaq ona çanta almaqdan başlayır. Bu ilk baxışdan sadə, hətta bəsit görünə bilər..

Ancaq bu sadəcə uşağa alınan çanta deyil.

Uşaq lap kiçik yaşlarından bu çantada ona aid olan nə varsa, oyuncağından tutmuş, sənədinə qədır hər şeyini, bir sözlə həyatın yükünü, ağırlığını, ordakı sənədlərin vacıblıyinin əhəmiyyətini və məsuliyyətini bilərik daşımalıdır..

Ona ğörə də, uşaq gələcəkdə tək, sərbəst, müstəqil yaşamaqda heç bir çətinlik çəkmir..

Ana da öz həyatını yaşayır..

Bizdə isə, Azərbaycan qadını hər şeyə məsuldur..

Uşaq da, böyük də, ər də, nəvə də hər şeyi anadan soruşur..

Mənim sənədlərim hardadır?

Tez tap gətir..

Nə bilim, corabın bir tayı, keçən il alınan şalvar, əmioğlu alan köynək, ad günündə alınan qalstuk..

Hamısının məsuliyyətinə Azərbaycan qadını sorumludur..

Hələ süfrə, biş-düş məsələlərini demirəm..

Bu iş zatən onların boyuna biçilib..

Zərif dediyimiz bu zəhmətkeş insanlara dözüm və iradə arzulayıram..

Siz olmasaydın biz kişilər yəqin ki tək corabla ömrümüzü baça vurardıq..

Möhkəm olun.!