Əbülfət Mədətoğlu : - Anama məktub...

Ədəbiyyat 08:05 / 09.05.2024 Baxış sayı: 1590

Bu gün Cümə axşamıdı...Bu gün dostlarla, doğmalarla, dəyər verənlərlə birlikdə ANAMI xatırlayacaq, ruhuna dualar edəcəyin! Allah bu günlərdə yanımda olan, təsəlli verən HƏR KƏSƏ Sevinc və Uğur nəsib etsin! AMİN!

 

Yenə gözlərim çeşmədi-

Məzarına tərəf axır...

O məzardan bu çeşməyə -

Anamın ürəyi baxır!..

 

Gözüm, selindən doy, axdı

Lillidi, demə boyaqdı!

Bütün diqqətim oyaqdı -

Eşidəcəm , məni çağır!..

 

İçimdən işıq köç edib,

Bilmirəm tez, ya gec edib!

Məni sındırıb, heç edib -

Ah çəkdirir ağır, ağır!..

 

Sənə oğulluqmu etdim?

Ya hansı gününə yetdim?!

Yetimlik - indi hiss etdim -

Nəymiş, anladım mən fağır!..