Əbülfət Mədətoğlu : - Yenə küsüb ...

Ədəbiyyat 09:18 / 08.05.2024 Baxış sayı: 1631

 

Yenə küsüb, dindirmir

Gözün çəkib gözümdən...

Səsiylə isindirmir -

Kül ələyir közümdən!..

 

Yarpaq-yarpaq qopuram,

Damla - damla hopuram...

Yoğurmadan yapıram -

Ruha kündə sözümdən!..

 

Qəlbinə qəlbi dinlət,

Qoymadan mənə minnət!

Qoy!- söyləyir Əbülfət -

Baş daşımı, özümdən!