Rəfail Tağızadə - Səsində sözlər üşüyür,
Ədəbiyyat
12:40 / 01.10.2025
Baxış sayı: 1463
* * *
Səsində sözlər üşüyür,
baxışında baxışlar.
Axır, ovcuma axır
gözlərindən yağışlar.
Bu sükutun içində
döyür məni hıçqırıq,
Cüt dodaqlar qapalı,
hardan gəlir qışqırıq?
Əlimdə əl danışır,
gözlərində baxışlar.
Əyil bir ovcuma bax,
barmağımız boğulur,
... damcı-damcı yağışlar.